Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Komitədən döyülən gəlinlə bağlı RƏSMİ AÇIQLAMA

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icra hakimiyyətinin, eyni zamanda Daxili İşlər Nazirliyinin nümayəndələrinin və digər dövlət qurumlarının yerlərdəki komissiyalarının iştirakı ilə məsələ araşdırılır”.
Bunu RegionTV.info-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Elgün Səfərov Lənkəran rayon Yuxarı Nüvədi kəndində yaşayan Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda sözügedən ailənin digər üzvlərindən izahat götürülür:
“Törədilən fəsadların qiymətləndirilməsi aparılır. Bunun kimi hadisələr olanda izahatlar götürülməli, fəsadlar qiymətləndirilməlidir. Səhiyyə müəssisəsində bunun qiymətləndirilməsi ilə bağlı arayış təqdim edilməlidir. İzahatlar da protokollaşdırılmalıdır və qurbanın sosial və psixoloji reabilitasiyası ilə bağlı qiymətləndirmədən sonra tədbirlər görülməlidir”.
E.Səfərov bildirib ki, qadına vurulan zərərin yüngül, orta və ya ağır olması müəyyənləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək:
“İlkin olaraq sağlamlığa hansısa zərərin vurulması qiymətləndirilməlidir. Daha sonra buna uyğun olaraq inzibati və cinayət işi açıla bilər”.
Komitə rəsmisi hazırda şiddətə məruz qalan şəxsin sözügedən evdə olub-olmaması ilə bağlı hər hansı məlumat verməyib:
“Hazırda Bu məsələ barədə məlumat verə bilmərəm. Çünki araşdırma gedir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də