
RegionTV.info bildirir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib. Onun sözlərinə görə, rəqəmlər hələ də kifayət qədər az deyil: "Həm də bu barədə ehtiyac yanarsa, rəsmi qurumlar bu haqda məlumat verəcək".
V.Ağayeva ölkədə virusun yolxuma sürətinin və ölənlərin sayının çox olması barədə də danşıb: "Bəlli olduğu kimi, artıq Azərbaycanda da koronavirusun Britaniya ştammı aşkarlanıb və demək ki, yayılması da var. Bu səbəbdən də yoluxma sayı çox ola bilər. Ölənlərin sayının isə çox olması o səbəbdəndir ki, vətəndaşlar xəstəxanalara vəziyyətləri ağır olduqdan sonra müraciət edirlər".