
RegionTV.info xəbər verir ki, Bakıdan Antalyaya uçuş 119 avroya, Antalyadan Bakıya uçuş isə 139 avroya başa gələcək.
Qeyd olunan qiymətlərə bütün vergi və yığımlar daxildir.
Biletləri AZAL-ın www.azal.az (http://www.azal.az/) internet səhifəsindən və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Bakıdan Antalyaya və geriyə uçuşlar çərşənbə və şənbə günləri ( 12 may tarixi istisna olmaqla) yerinə yetiriləcək. Məhdud sayda yer üçün keçərli olan aksiyadan yararlanmaq istəyənlər, 13 may 2021-ci il tarixə qədər (13 may daxil olmaqla) istənilən tarixə bilet əldə edə bilər.
Türkiyədə 29 apreldən 17 maya qədər tətbiq olunan karantin məhdudiyyətləri digər ölkələrdən gələn turistlərə şamil olunmayacaq.