
RegionTV.info xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, S.Əvəzoğlu koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Sərdar Əvəzoğlu 1959-cu ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olub. Xalq musiqisinə olan marağı, qeyri-adi istedadı sayəsində Sərdar Əvəzoğlu muğam sənətinin incəliklərinə yiyələnib. Azərbaycan səhnəsində özünəməxsus yeri qazanıb.
