"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov dünən dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı sosial şəbəkədə paylaşım edib.
RegionTV.info xəbər verir ki, iş adamı sənətçi ilə fotosunu paylaşaraq Əşrəfovun daim qəlblərdə yaşayacağını bildirib:
"Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun...".
Qeyd edək ki, M. Mənsimov bir müddət əvvəl səhhətində ciddi problem yaranan müğənniyə yardım etmiş, onu müalicə üçün Türkiyəyə aparmışdı. Türkiyədə Baloğlan Əşrəfova qaraciyər köçürülmüşdü.
Xəbəri paylaş