Toyota 19 aprel bazar ertəsi günü yeni avtomobil təqdim edəcək. Qlobal miqyasda şirkətin ilk tamamilə elektrikli avtomobili olacaq bu avtomobilin texniki detalları hələ məlum deyil. Toyota yalnız vasitə haqqında bir şəkil paylaşıb.RegionTV.info bildirir ki, Yaponiyada yerləşən avtomobil nəhəngi Toyota illərdir hibrid mühərrik texnologiyasına investisiya yatırır. Hətta şirkətin hibrid motorlu nəqliyyat vasitələri də bazarda ən çox satanlar arasında yer tutur. Ancaq Toyota bunu çox qısa müddətdə dəyişdirəcək kimi görünür. Çünki şirkət ilk tam elektrikli avtomobilini 19 aprel bazar ertəsi günü keçiriləcək bir tədbirdə istehlakçılara təqdim edəcək.
Əslində, Toyota C-HR adlı krossover modelinin tamamilə elektrikli bir versiyasını istehsal edib. Ancaq bu vasitə yalnız Çin bazarında satıb. 19-29 aprel tarixlərində təqdim ediləcək və 21-28 aprel tarixləri arasında keçiriləcək Şanxay avtosalonu çərçivəsində ilk dəfə nümayiş etdiriləcək vasitə, Toyota-nın xidmət göstərdiyi bütün ölkələrdə əlçatan olacaq.
Xəbəri paylaş