Əməkdar artist Baloğlan Əşrəfov vəfat edib. RegionTV.info xəbər verir ki, bu haqda yaxınları məlumat verib. Əməkdar artist Masallı rayonunun Bədəlan kəndində dəfn ediləcək. Qeyd edək ki, 70 yaşlı müğənni 2 həftə öncə koronavirusa yoluxmuşdu. O, ev şəraitində müalicə alırdı.