
Aprelin 24-də ABŞ prezidenti Co Baydenin öz çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi həm Türkiyə, həm də Azərbaycan ictimaiyytində ciddi narazılıqla qarşılanıb.
Hər iki ölkənin rəsmi qurumları və ictimai-siyasi xadimləri ABŞ-ın bu addımını qınayıblar.
Azərbaycan Televiziyası Türkiyənin “Haber Global” telekanalı ilə ortak yayım təşkil edərək, ötən əsrin əvvəllərində bölgəmizdə cərəyan edən hadisələri, həmçinin dünya ictimaiyyətinin bu proseslərə reaksiyasını birlikdə müzakirəyə çıxarıb.