
"RegionTV.info" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 362, ikinci mərhələdə isə bu rəqəm 3 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 660, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 939 460, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 484 200 nəfər təşkil edir.
