"ABŞ prezidenti Co bayden bir əsr əvvəl baş vermiş ağrılı hadisələrlə bağlı əsassız, haqsız və həqiqətdən uzaq ifadələrdən istifadə etdi".
"RegionTV.info" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib. Ərdoğanın sözlərinə görə, tarixdə baş verən hadisələri araşdırmaq və həqiqəti üzə çıxarmaq işi siyasətçilərə yox, tarixçilərə aiddir.
"Bu ifadələrə radikal erməni dairələri və Türkiyəyə qarşı çıxan qrupların təzyiqi ilə yer verildiyini düşünürük", - deyə qardaş ölkənin cumhurbaşqanı vurğulayıb.
Xəbəri paylaş