
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon, Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb və artıq ailəsinə təhvil verilib.
Qeyd edək ki, A.Hüseynova cari ilin fevral ayının 6-da yaşadığı evdən çıxaraq itkin düşüb.