
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun 5 kəndində sanitar-epidemioloji normaları pozaraq yas mərasimləri təşkil edən şəxslər müəyyən edilib.
Qayda pozuntusuna yol verən ümumilikdə 24 nəfər barəsində inzibati qaydada protokollar tərtib edilib.