
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, çayxananın icarədarı və müştəriləri barəsində inzibati qaydada protokollar tərtib edilib.