Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lənkəranda 12 sürücü cərimələnib

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə reyd təşkil olunub.

"RegionTV.info"  xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, reydin keçirilməsində əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır.

Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və bir daha diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Standartlara cavab verməyən 12 avtomobilin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də