Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda yol qəzasında qadın sürücü xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"RegionTV.info"nun  məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobillə "Lexus" markalı avtomobil toqquşub. Hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Babayeva Gülnar Mərdan qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də