ABŞ İranın Müdafiə Nazirliyinə sanksiya tətbiq edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo bildirib. Onun sözlərinə görə, Amerika İrana qarşı birtərəfli məhdudiyyətlər tətbiq edəcək və Tehrana qarşı silah embarqosunu bərpa edəcək.
"Bu gün mən bu fərmana uyğun olaraq İran Müdafiə Nazirliyinə və İran Silahlı Qüvvələrinin maddi-texniki bölmələrinə qarşı sanksiyalar tətbiq edərək ilk addımı atıram", - deyə Pompeo bildirib.
O, əlavə edib ki, sanksiyalar İranın müdafiə sənayesi və onun liderlərinə qarşı da tətbiq olunur.
ABŞ-ın sanksiyalar siyahısına İranda nüvə proqramının həyata keçirilməsinə yardım edən 5 iranlı tədqiqatçının adını da daxil edib