
"RegionTV.info"nun məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Rüstəmzadə Mehman Rauf oğlunun idarə etdiyi motosiklet 10-KE-013 dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobillə toqquşub. Hadisə zamanı motosikletin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sol bud sümüyünün sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.