Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə tarixçisi: Baydenin qondarma soyqırımı açıqlaması siyasi baxışı əks etdirir

"RegionTV.info"
"ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı açıqlaması 1915-ci il hadisələrinə sadəcə siyasi baxışı əks etdirir. Bildiyimiz kimi, 30-a yaxın ölkə həmin hadisələri "soyqırımı" kimi qiymətləndirib. Bu sadəcə, erməni ictimaiyyəti üçün psixoloji rahatlanma metodudur. Çünki belə iddiaların bir hüquqi səviyyə təşkil etməsi üçün beynəlxalq məhkəmə qərarı, müvafiq, sənəd, material və elmi araşdırmaların ortaya çıxarılması lazımdır”.

Bu sözləri Türkiyənin tanınmış tarixçisi və politoloqu Hasan Köni ABŞ prezidentinin uydurma erməni soyqırımını tanıması barədə danışarkən deyib.

“Onlar özləri də (ermənilər) yaxşı bilirlər ki, indiyədək Türkiyə tərəfi hər cür elmi əsaslara söykənən məlumatları və sənədləri ortaya qoyub. Amma "soyqırımı" iddialarını qaldıran ermənilər, xüsusilə Qərbdə yaşayanlar psixologiyalarının rahatlanması, özlərinin Azərbaycana təcavüzlərinə, birinci Qarabağ müharibəsindəki əməllərinə, Xocalı qətliamına, II Qarabağ müharibəsindəki törətdikləri müharibə cinayətlərinə, Türkiyəyə qarşı təbliğat aparmalarına haqq qazandırmağa cəhdlər göstərirlər. Digər tərəfdən, məqsədlərindən biri də maliyyə yardımları, təzminatlar almaqdan ibarətdir. Təbii, burada ikili standartların tətbiq olunduğu mədəni faza vacib rol oynayır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də