Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əfqanıstanda hava zərbəsi və minaatan atəşi nəticəsində 12 nəfər həlak olub

Əfqanıstanın Vardak əyaətində hava zərbəsi nəticəsində bir ailənin azı səkkiz üzvü həlak olub, daha dörd dinc sakini minaatan atəşi zamanı xəsarət alıb.

 "RegionTV.info"  xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “TOLOnews” telekanalı bildirib.

"Calriz rayonunun Zorlonq kəndinə hava hücumu nəticəsində bir ailənin azı səkkiz üzvü öldürülüb. Sayed Abad ərazisində baş vermiş başqa hadisədə bir ailənin dörd üzvü həlak olub, daha üç nəfər yaralanıb. Onların evinə mina düşüb", - Vardak əyalətinin şura üzvü Şərifulla Hotak telekanala deyib.

Ölkənin keçmiş prezidenti Həmid Kərzai bəyanatla çıxış edərək, vuruşan tərəfləri zorakılığa son qoymağa və sülhün qurulması üçün indiki imkandan istifadə etməyə çağırıb.

Telekanalın məlumatına görə, zorakılıq aktları ABŞ-ın öz qoşunlarını Əfqanıstandakı çıxarmaq niyyəti haqqında bildirdikdən sonra sürətlənib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də