
"RegionTV.info"nun məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb.
Lökbatan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Bədəlli Amil Kamil oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.