
"RegionTV.info"nun məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Balaxanı qəsəbəsində evlərdən birinin həyətinin darvazası 2014-cü il təvəllüdlü Mustafazadə Məhərrəm Elgün oğlunun üzərinə aşıb. Nəticədə 7 yaşlı uşaq ağır xəsarətlər alıb. M.Mustafazadə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.