
"RegionTV.info" xəbər verir ki, bu barədə “Somali Guardian” portalı bildirib.
Portalın məlumatına görə, hərbçilər loyal hökumət qüvvələri tərəfindən hər hansı müqavimətlə qarşılaşmayaraq, Yakşid, Karan və Xeliva rayonlarını tutublar.
Öz növbəsində “Garowe Online” portalı da bildirib ki, qiyamçılar Kəşfiyyat və Təhlükəsizlik Milli Agentliyinin qərargahının yerləşdiyi Sanın rayonunu nəzarət altına alıblar. Portalın məlumatına görə, şəhərin küçələrində yüzlərlə insan prezidentin səlahiyyət müddətinin uzadılmasına qarşı çıxaraq, qarışıqlıqlarda iştirak edirlər.