İdlibdə vəziyyət sakitləşən kimi Türkiyə ilə birgə patrul yoxlanışını davam etdirəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Əl-Arabiya" televiziyasına açıqlamasında deyib.
Lavrov bildirib ki, Rusiya ilə Türkiyə qısa müddətdə İdlibdə vəziyyəti nizamlayacaq.
“Razılaşma çərçivəsində əsas məsuliyyəti türkiyəli həmkarlarımız öz üzərinə götürdülər. Terrorizmlə mübarizə bizim bir nömrəli borcumuzdur. Sizi əmin edə bilərəm ki, gərginlik sakitləşdikcə M-4 magistral yolunda birgə patrul davam edəcək", - Lavrov söyləyib.