
"RegionTV.info" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 622 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 423 295, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 939 098, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 484 197 nəfər təşkil edir.
