
“RegionTV.info” xəbər verir ki, aktrisanın vəfatı ilə bağlı Smolensk Akademik Dram Teatrının sosial şəbəkə hesabında paylaşım edib.
"Daxili enerji və xarizma ... Teatrımızın aktrisası Lyudmila Aleksandrovna Siçkareva vəfat edib" - deyə, paylaşımda qeyd edilib.
84 yaşında dünyasını dəyişən aktrisanın ölüm səbəbi hələ ki, açıqlanmır.
Qeyd edək ki, Lyudmila Siçkareva 1937-ci ildə Qazaxıstanın Almatı şəhərində doğulub. 30 ildən çox Smolensk Akademik Dram Teatrında çalışıb. "Nə axtardın, tapacaqsan ...", "Vanya əmi" və digər tamaşalarda müxtəlif rollar ifa edib. Aktrisa, 2006-cı ildə Rusiyanın Xalq artisti adına layiq görülüb.
