
"RegionTV.info" xəbər verir ki, bu barədə “Sinxua” məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı sualtı qayıqda olan 53 nəfərin hamısı həlak olub.
Xatırladaq ki, 1981-ci ildə Almaniyada istehsal olunmuş “KRI Nanggala 402” sualtı qayığı ilə əlaqə aprelin 21-də kəsilmişdi. Qayığın ekipajı Bali adası yaxınlığındakı sularda təlimlər keçirirmiş.