
"RegionTV.info" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək, hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.
Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.



