
Bu barədə "RegionTV.info" “Sky News Arabiya” portalına istinadən xəbər verir.
Qeyd olunub ki, partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Nəticədə infeksiyadan mülaicə alan 23 nəfər dünyasını dəyişib.
Yanğının söndürülməsinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 40 nəfər xəsarət alıb.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.