
"RegionTV.info"nun məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Motosikletlə avtomobilin toqquşması nəticəsində, motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Mərdanov Kənan Seyfəli oğlu bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.