Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin koronavirusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.