RegionTV.info
Peyğəmbəri-Əkrəm (s) bir kəlamında orucun qəbul şərtləri ilə bağlı belə buyurmuşdur:
اِنَّ مَن تَمَسَّکَ فی شَهرِ رَمَضانَ بِسِتِّ خِصَالٍ غَفَرَ اللهُ لَهُ ذُنوبَهُ
"Hər kim Ramazan ayında altı xislətə sahib olarsa, Allah-Taala onun günahlarını bağışlayar..."
Allah-Taala Ramazan ayında oruc tutanlardan altı sənəd və zəmanət istəyir. Hər kim həmin sənədləri təqdim edə bilsə, Allah-Taala da onun günahlarını bağışlayacaq və tutduğu orucunun savab və mükafatının nə qədər olduğunu da Allah-Taaladan başqa heç kim bilməyəcək. Həmin altı sənəd və zəmanət bunlardan ibarətdir:
1. أن یَحفَظَ دینَهُ - Birinci şərt odur ki, oruc tutan insan dinini qorumalı, dini və etiqadının zəifləməsinə səbəb olan amilləri aradan qaldırmalıdır.
2. وَ یَصُونَ نَفسَه - İkincisi odur ki, öz nəfsini qorumalı, özünü kontrolda saxlamalı, küçə-bazarlarda özünü fitnə-fəsadlar və ona üz tutan günahlar dalğası müqabilində möhkəm dayanmağı bacarmalıdır.
3. وَ یَصِلَ رَحِمَهُ - Üçüncüsü odur ki, qohum-əqrəbasına baş çəkməli, kin-küdurətlərə son qoyub yaxınları ilə əlaqəni möhkəmləndirməlidir.
4. وَلا یُؤذِیَ جَارَهُ - Dördüncü odur ki, qonşularını incitməməlidir.
5. وَ یَرعَی إخوانَهُ - Beşincisi odur ki, insanların hüquqlarını gözləməli, riayət etməldir.
6. وَ یَخزُنَ لِسَانَهُ - Altıncısı isə odur ki, ki, dilini (dil günahlarından) qorumalıdır. ("Mustədrəkul-vəsail", c.7, səh.370.)
Qeyd edilən şərtlərin 3-ü həqqün-nasdır - başqalarının hüquqlarına aiddir: qohumluq əlaqələrinin möhkəmlənməsi, qonşulara diqqət və insanların hüquqlarına riayət. Digər 3-ü isə insanın özünə aiddir: dinin, nəfsin və dilin qorunması. Peyğəmbəri-Əkrəm (s) buyurur ki, hər kim bu altı şərtə və xüsusiyyətə əməl edə bilsə, qeyd edilən hədiyyələri qazanacaq və onlardan bəhrələnəcək
Xəbəri paylaş