
RegionTV.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə "İcbari tibbi sığorta sistemində tibb işçilərinin əməkhaqlarının hesablanması qaydası” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, orta, kiçik tibb heyəti üçün hazırda tədbirlər görülür:
"Yəqin ki, yaxın vaxtlarda onlar üçün də həvəsləndirici əlavələr veriləcək”.
Y.Mahmudzadənin sözlərinə görə, bu əlavələr vəzifə maaşları və staja görə əlavələr istisna olmaqla, nəzərdə tutulub.