Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyevin vəzifədən azad etdiyi xanım GÖRÜN KİM İMİŞ - FOTO

RegionTV.info                                                                                                       
Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.         
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir. O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdu.Xanım İbrahimova həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.
Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində - Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işləyib. Xanım İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.
Xanım İbrahimova Bakı şəhərindən anadan olub. Evlidir, iki övladı var.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də