Bu gün Xalq artisti Elxan Qasımovun doğum günüdür.
RegionTV.info xəbər verir ki, aktyor açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
"Özünüz də görürsünüz ki, necə yaşayıram. Sizinlə danışdığım yerdə dostlar zəng vurub doğum günümü təbrik edirlər. Yaxın dostum rəhmətə gedib indi onun yasına gedirəm. Ordan qayıdandan sonra evdə oturub ancaq zəngləri cavablandıracam. Mən jurnalistlərlə dostdam. Çünki siz məni yaxşı istəyirsiniz. Mən bilirəm ki, sol əlim bilmədən harasa dəysəydi, məni Mirələmov kimi məsxərəyə qoyub, gülməzdilər. Düz dedim? Ondan insanların zəhləsi getdiyi üçün bu cür etdilər. Mən də 76 il yaşamışam ki, sizin kimi oğlanlar zəng eləsin. Bu illər ərzində kimə ay can demişəmsə, cavabında mənə zəhrimar deməyib. Çalışın mehriban olun. Buna mən də çalışmışam və nə dərəcədə nail olmuşam, bunu Allah bilir".
Xəbəri paylaş