Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sağlamlıq üçün verilən tövsiyələrin hamısı yalandır, əslində...

Brazilyalı onkoloq Paulo Ubiratan sağlam həyat tərzi barədə yerli mətbuata verdiyi müsahibədən sonra dünyada böyük populyarlıq qazanıb.                                                   
RegionTV.info xəbər verir ki, internet ulduzu olan həkimin yanına indi məsləhət üçün dünyanın hər yerindən minlərlə insan gəlir. Bəs Ubiratan öz açıqlamasında nə demişdi? Onu dünyaya tanıdan hansı fikirləri olmuşdu? Oxucuları həkimin əsas tezisləri ilə tanış edirik.
- Alkoqol istehlakını məhdudlaşdırmaq lazımdır?
- Ümumiyyətlə, hə. Amma unutmayın ki, hər bir şərab üzümdən, pivə dənli bitkilərdən hazırlanır. Distillə edilmiş şərab o deməkdir ki, maye giləmeyvələrdən çəkilir, bunun sayəsində onlar orqanizmə daha böyük fayda verəcək, nəinki meyvələri xam şəkildə yemək. Odur ki, özünüzü tamamilə məhdudlaşdırmayın.
- Sağlamlığımız qaydasındadırsa və gənc yaşdayıqsa, səhhətimizi necə qoruyaq?
- Mənim fəlsəfəm belədir: Əgər heç bir yerimiz ağrımırsa, xüsusi heç nə etməyin. İdman orqanizmə heç bir təsir göstərmir, əksinə idmanla peşəkar səviyyədə məşğul olmaq ona zərər verir. Əldə edilən tək amil həcmi artırılmış bədən əzələləridir.
Daimi gəzinti faydalı olsaydı, poçtalyonlar ölümsüz olardı. Dovşanlar dayanmadan qaçır və sıçrayır, ancaq 15 ildən çox yaşamır. Tısbağalar işləməsə və heç bir şey etməsə də, 450-500 il yaşaya bilir. Ancaq hər kəs deyir ki, məşqlər və fiziki aktivlik ömrü uzadır. Məsələn, ürəyə faydalıdır... Ürək müəyyən qədər döyüntülərə proqramlaşdırılıb. Ağır məşqlərlə onları itirməyin. ürəyin resursu döyüntülərin istifadə üsulundan asılı olaraq başa çatacaq. Bu, sanki o deməkdir ki, avtomobili yüksək sürətlə sürməklə onun ömrünü uzada bilərsiniz. Çox yaşamaq istəyirsiniz? Nahardan sonra qısamüddətli yuxuya gedin.
- Ət sağlamlığımıza ziyan vurur?
- Dietoloqa etibar etməzdən əvvəl orqanizmin qidalanma mahiyyətini öyrənməyə çalışın. İnəklər nə yeyir? Ot və qarğıdalı. Bunlar bitkisəl qidalardır. Onların əti qarğıdalı və ot emalının nəticəsidir. Bu baxımdan hesab edirəm ki, bitkisəl qidaları orqanizmə "yükləməyin" ən yaxşı yolu rasiona bir tikə ət əlavə etməkdən keçir.
P.S. Bütün bunları həkimdən eşitmək necə də qəribədir... Bu məqamda amerikalı jurnalist Hanter Tompsonun sitatı yerinə düşər: "Həyat səyahətinin məqsədi məzara gözəl, yaxşı mühafizə edilmiş bir bədənlə deyil, əyləcə basmadan maşını sürükləmək, tozu dumana qatmaq və sonra tamamilə tükənmiş, bütün enerjini sonuna qədər xərclənmiş bir halda bağıra-bağıra "İlahi! Bu nə səyahət idi belə! deyə bilmək olmalıdır"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də