
RegionTV.info xəbər verir ki, bu barədə məlumat Rusiya Federasiyası İstintaq Komitəsinin saytında yer alıb.
"Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi üzrə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi başlanılıb", - məlumatda belə deyilir.
İstintaq Komitəsinin açıqlamasına görə, uşaqlar evdə nəzarətsiz qalıblar. Əlavə edilir ki, hadisə yerinə baxış keçirilir, bundan sonra məhkəmə ekspertizaları təyin ediləcək.