Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Meğri icmasının rəhbəri sərbəst buraxılıb

İrəvan məhkəməsi baş nazir Nikol Paşinyana qarşı etirazlar zamanı saxlanılan Meğri icmasının rəhbəri Mxitar Zakaryanın sərbəst buraxılmasına dair qərar verib.                             
RegionTV.info xəbər verir ki, bunu Zakaryanın vəkili Qayane Papoyan jurnalistlərə bildirib.
"Məhkəmə Zakaryanın həbsini yetərli şübhələr olmadığına görə əsassız sayıb. O, həbsdən azad edilib", - vəkil belə deyib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi M.Zakaryana qarşı cinayət işi açmışdı. İstintaq Komitəsinin rəyinə görə, baş nazir N.Paşinyan Meğriyə səfər edən zaman M.Zakaryan bir qrup yerli administrasiya işçiləri, öz yaxınları və şirkət işçilərinin iştirakı ilə xuliqanlıq hərəkətləri təşkil edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də