Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinə start verilib.
"RegionTV.info"nun məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Naxçıvan Muxtar Respublikasının Culfa Gənclər və İdman İdarəsi və "İDEA" Şahmat Klubunun təşkilatçılığı ilə təşkil olunan yarışın açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov və şəhidlərin valideynləri iştirak edib.
Şəhid ailələri bu cür tədbirlərin keçirilməsinə görə ölkə rəhbərliyinə və dövlət qurumlarına minnətdarlığını bildirib.
Silsilə tədbirlərin davamı olan budəfəki şahmat turnirində Azərbaycanın bütün bölgələrindən ümumilikdə 70-dən çox şahmatçı iştirak edir.
Bundan əlavə, BŞGİBİ Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ziyad Muradovun xatirəsinə "Nə, harada, nə zaman?" intellektual oyunu keçirilir. Turnirdə hərəsində 10 nəfər olmaqla, 24 komanda iştirak edir.
Xəbəri paylaş