
"RegionTV.info"nun məlumatına görə, hadisə şəhərin "Sovxoz Nizami" adlanan ərazisində, "Mercedes", "VAZ 21015" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
"VAZ 21015"də markalı avtomobildə olan sərnişinlərdən biri 1980-ci il təvəllüdlü Hicran İsayeva hadisə yerindəcə dünyasını dəyişib. Daha iki nəfər 1973-cü il təvəllüdlü Cehyun Mirzəyev və 1994-cü il təvəllüdlü Əkbərov Ərizə Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri ağırdır.
QALEREYA
