
"RegionTV.info" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 114-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 984 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 192 281 nəfər sağalıb. Hazırda 14 854 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.