
"RegionTV.info" xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı bildirib.
"Bağdad hava limanı yaxınlığındakı Amerika hərbi bazasına üç raket atıldı", - deyə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə telekanala bildirib.
O, bir raketin bazanın uçuş zolağı yaxınlığına düşdüyünü söyləyib.
“Al-Mayadeen” telekanalının verdiyi məlumata görə, söhbət “Victory” bazasından gedir.
Hələlik tələfat və ya dağıntı barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.