
"RegionTV.info"nun məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
“İnşaatçılar” metrostansiyasının 1954-cü il təvəllüdlü Əzimov Rauf Sultan oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol əlin əzilmiş-didilmiş, üzün sıyrılmış yarası və təpə nahiyəsinin hematoması diaqnozları qoyulub.