Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Karantin rejimi ilə bağlı BƏD xəbər - 2 ayda Azərbaycanda

Yaxın iki ayda getdikcə Azərbaycanda da yoluxma sayında artım müşahidə olunacaq". 

"RegionTV.info"  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun dünyada koronavirus infeksiyasının ən pik nöqtəyə çatacağı ilə bağlı proqnozuna aydınlıq gətirərkən deyib. İnfeksionistin fikrincə, nəticədə ölüm hallarında artım müşahidə olunacaq:

"Mən onun fikirlərini dəstəkləyirəm. Ona görə ki, təkçə mart ayı ərzində Azərbaycanda yoluxmalar 10 dəfə artıb. Martın əvvəlində yoluxma halları 150-200 nəfər idisə, ay sonu 2000-2300-ə çatdı. Tək Azərbaycanda deyil, qonşu ölkələrdə, məsələn, Türkiyədə də yoluxmalar artdı. Türkiyə müəyyən qapanmalar tətbiq elədi. Digər əlaqələrim olan Rusiyada da yoluxma halları artıb. Yoluxmalar getdikcə artacaq". 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də