Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub.
"RegionTV.info" xəbər verir ki, etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
TASS agentliyi isə bildirib ki, aksiyaçılar polisə butılkalar atıb.
Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.
Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.
Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb.
Xəbəri paylaş