Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"RegionTV.info"nun məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Zığ yolunda iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri - 1997-ci il təvəllüdlü Ağazadə Mətin Malik oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də