
"RegionTV.info" xəbər verir ki, o, 72 yaşında ürək tutmasından vəfat edib.
Maqsud Ağaqulu oğlu Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan Respublikasının Sisyan rayonunun Ağudi kəndində anadan olub. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
M.Nəcəfov 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olub və 1975-ci ildə buranı fərqlənmə diplomu ilə bitirib
1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib. 1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Maqsud Nəcəfov 1998-ci ildən 2019-cu ilə qədər həmin universitetin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləyib.
2012-ci ildə “Silindirik və konik örtüklərin aeroelastik rəqslər və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilib.
QALEREYA

