Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.
"RegionTV.info"nun xəbərinə görə, hadisə bu günlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.
Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı tibbi maskadan istifadə etməməsi və polisə müqaviməti olub.
Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb.
Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb.
Polislərə qarşı aqressiv münasibət göstərən Natiq Əliyev onlara sənəd təqdim etməkdən imtina edərək, müqavimət də göstərib.
Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.
Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyevin göstərişi ilə qanunları pozan və polis nəfərinə qarşı kobudluq edən məhkəmə sədri sərbəst buraxılıb.
Gəncə Baş Polis İdarəsinin rəisi general Teymur Hacıyevin bu hərəkəti isə adıçəkilən şəhərdə hər kəsin qanun qarşısında bərabərlik prinsipinə nə dərəcədə əməl olunmasının göstərcisi kimi qiymətləndirilə bilər.
Xəbəri paylaş