
"RegionTV.info" xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verlişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, COVID-19-un bir neçə dəfə dalğası ola belə elə insanlar olacaq ki, onlarda həmin xəstəlik təzahür etməyəcək:
"Amma bütövlükdə mutasiya etdikcə virus yeni bir xarakteristika ilə orqanizmə daxil olur və immunt sistemi dərhal ona qarşı müqavimət göstərə bilmir. Bu müqavimət üçün gərək əks cismlər yaransın, immunt sisteminin mexanizmləri işə düşsün. Bu, bir-iki günə işə düşən mexanizmlər deyil".