ABŞ bu il Əfqanıstana mülki yardım üçün əlavə 300 milyon ABŞ dolları verəcək.
"RegionTV.info"nun məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin adından yayımlanan açıqlamada deyilir.
“Əfqanıstan xalqına dəstək vermək öhdəliyimizin bir hissəsi olaraq ABŞ Konqresi ilə Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə 2021-ci ildə 300 milyon dollar əlavə mülki yardım göstərmək üçün çalışırıq”, məlumatda bildirilib.
Qeyd olunub ki, vəsait iqtisadi artımın təşviqinə, korrupsiya və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə, səhiyyə və təhsil sistemlərinin inkişafına yönəldiləcək.
Xəbəri paylaş