
"RegionTV.info"nun məlumatına görə, 3-cü mikrorayon dairəsi ətrafında təxminən 45 yaşlı kişini "Opel" markalı avtomobil vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Ona açıq kəllə-beyin travması, qarnın küt travması və daxili qanaxma diqanozları qoyulub.
Vəziyyətinin ağır olduğu bildirilir.